Bank Of Baku

2012-ci ildə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində 1558 nəfər PKK terrorçusu zərərsizləşdirilib

2012-ci ildə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində 1558 nəfər PKK terrorçusu zərərsizləşdirilib
# 26 yanvar 2013 13:01 (UTC +04:00)

 APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu rəqəmi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb.  

 

Açıqlamaya əsasən ölkə daxilində aparılan əməliyyatlarda 560 terrorçu məhv edilib, 24 terrorçu yaralı, 72 terrorçu isə sağ-salamat yaxalanıb. Təslim olan terrorçularla birlikdə ölkə daxilində zərərsizləşdirilən terrorçuların sayı 698 nəfər olub.  

 

Ölkə xaricində (İraqın şimalı) aparılan əməliyyatlarda isə 413 terrorçu məhv edilib, 304 terrorçu yaralanıb. İraqdan gələn 143 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub. Beləliklə, zərərsizləşdirilən terrorçuların sayı 860 olub.

 

PKK-ya məxsus çoxlu sayda silah-sursat, partlayıcı maddə, qida və tibb ləvazimatları da ələ keçirilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR