Bank Of Baku

2013-cü ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 128,3 min nəfər turist gəlib

2013-cü ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 128,3 min nəfər turist gəlib
# 12 mart 2013 23:31 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. İki ay ərzində Gürcüstanın dövlət sərhədini 565 min 612 turist keçib. Gürcüstanda gələnlər içərisində Türkiyə vətəndaşları birinci yeri tutub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ikinci yeri Azərbaycan vətəndaşları tutur. Məlumata görə, qeyd edilən müddət ərzində Türkiyədən Gürcüstana 231,5 min, Azərbaycandan isə 128,3 min nəfər turist gəlib.

 

İki ay müddətində Gürcüstana Ermənistandan 101,3 turist daxil olub. Bundan sonra Gürcüstana Rusiyadan 54,4 min, Avropa Birliyindən 14,4 min, Ukraynadan 6,2 min, İrandan 6,2 min və digər ölkələrdən 135,6 min turist gəlib.

 

Gürcüstanın daxili işlər nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, Kazbeqi Yuxarı-Lars sərhəd keçid məntəqəsindən 35 min insan keçib. Məlumata görə, bu rəqəmdən 9,5 min nəfəri Rusiya, 9,5 min nəfəri Ermənistan, 2,8 min nəfəri Gürcüstan və 2,1 min nəfəri Azərbaycan vətəndaşlarıdır. 1,2 min nəfər isə digər ölkələrin vətəndaşlarıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR