Bank Of Baku

“Altılıq” ölkələri və İran arasında nüvə proqramına dair danışıqlar yekunlaşıb

“Altılıq” ölkələri və İran arasında nüvə proqramına dair danışıqlar yekunlaşıb
# 05 mart 2015 18:52 (UTC +04:00)

 APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, “altılıq”-Tehran danışıqlarının növbəti raundundan əvvəl ABŞ dövlət katibi Con Kerri bə İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin iştirakı ilə üç gün davam etmiş ABŞ-İran diskussiyaları keçirilib.  

 

Tərəflər arasında müəyyən irəliləyişə nail olunduğu, lakin kompromisin əldə olunması barədə danışmaq hələ tez olduğu bildirilir.

 

Məhəmməd Cavad Zərifin sözlərinə görə, tərəflər razılaşmaya nail olmaq üçün  gecə-gündüz çalışmağa hazırdır: “Biz buna çox yaxınıq, lakin, eyni zamanda, çox uzaq da ola bilərik”.  

 

 

“Altılıq” ölkələri və İran martın 24-dək nüvə proqramına dair siyasi razılığa gəlmək və iyunun sonunadək artıq hərtərəfli sazişin hazırlanması istiqamətində səy göstərməkdə davam edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR