Bank Of Baku

“Lufthansa” aviaşirkətinin pilotları 3 günlük tətil edəcəklər

“Lufthansa” aviaşirkətinin pilotları 3 günlük tətil edəcəklər
# 29 mart 2014 02:43 (UTC +04:00)

APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniya pilotlarının həmkarlar ittifaqı bəyan edib.

 

“Lufthansa” aviaşirkətinin 5 400 nəfərlik heyəti aprelin 2-dən 4- dək tətil keçirəcək”, - ittifaqın bəyanatında bildirir.

 

Bununla əlaqədar bir çox reyslərin təxirə salınacağı gözlənilir. “Lufthansa” gün ərzində 2 minə yaxın aviareys həyata keçirir.

 

Xatırladaq ki, martın 28-də Bakı-Frankfurt istiqamətində “Lufthansa” aviaşirkətinin aviareysi təxirə salınmışdı. Aviareysin təxirə salınması Almaniyada hava limanlarının yerüstü işçilərinin əmək haqlarının artırılması və əmək şərtlərinin yaxşılaşdırması tələbi ilə tətil keçirməsi ilə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR