Bank Of Baku

“Patriot”lara qulluq edəcək ABŞ hərbçiləri artıq Türkiyədədirlər

“Patriot”lara qulluq edəcək ABŞ hərbçiləri artıq Türkiyədədirlər
# 04 yanvar 2013 20:58 (UTC +04:00)

Bakı-APA. Türkiyə-Suriya sərhədində yerləşdiriləcək “Patriot” zenit-raket komplekslərinin döyüş heyətini təşkil edəcək ABŞ hərbçiləri artıq Türkiyəyə gəlib.

 

APA-nn türk mətbuatına istinadən verdiyi xəbərə görə, 27 ABŞ hərbçilərindən ibarət dəstə Türkiyənin Qaziantep şəhərinə gəlib. Onlar “Patriot” batareyalarının Suriya ilə sərhəddə yerləşdirilməsinə nəzarət edəcəklər.

 

Xatırladaq ki, NATO Şurası dekabrın 4-də Türkiyədə bu ölkənin müraciətinə cavab olaraq “Patriot” zenit-raket komplekslərinin yerləşdirilməsinə razılıq verib. Suriya bu qərarı qəti pisləyib. Türkiyənin sorğusu ölkə ərazisinə münaqişə gedən Suriyadan mərmilərin atılması ilə əsaslandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR