Bank Of Baku

Yunanıstanda Saloniki limanının satışına dair saziş imzalanıb

Yunanıstanda Saloniki limanının satışına dair saziş imzalanıb
# 21 dekabr 2017 23:07 (UTC +04:00)

Yunanıstanda Saloniki limanının səhmlərinin 67 faizinin 231,926 mln avroya satışına dair saziş imzalanıb.

 

APA-nın xəbərinə görə, bu barədə Yunanıstan Əmlakın Özəlləşdirilməsi Fondu (HRADF) tərəfindən bildirilib.  Məlumata görə, limanın satılmasına dair saziş “South Europe Gateway Thessaloniki” (SEGT) şirkətinin rəhbərliyi ilə imzalanıb. Bu şirkət tenderdə qalib gəlmiş “Deutsche Invest Equity Partners GmbH”,  “Belterra Investments Ltd” və “Terminal Link SAS” şirkətlərinin konsorsiumu tərəfindən yaradılıb.

 

Alqı-satqı müqaviləsi Hesablama Palatası razılıq verildikdən sonra imzalanıb. Yunanıstanın  Rəqabət  Komissiyası hələ ki sazişin imzalanmasına razılıq verməyib. Saziş parlament tərəfindən ratifikasiya ediləcək, onun 2018-ci ilin 1-ci  rübünə başa başa çatacağı bildirilir.   

 

Sazişin ümumi dəyəri 1,1 mlrd. avro təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR