Bank Of Baku

Gürcüstanın baş naziri: “Mən Bakı-Tifis-Qars dəmiryolunun tikintisini heç vaxt sual altında qoymamışam”

 Gürcüstanın baş naziri: “Mən Bakı-Tifis-Qars dəmiryolunun tikintisini heç vaxt sual altında qoymamışam”
# 27 dekabr 2012 22:12 (UTC +04:00)

 

Tiflis. Nizami Məmmədzadə-APA. “Mənim Bakı-Tiflis-Qars dəmiryolu barədə bəyanatım nədənsə müxalifəti narahat edir və onlar situasiyanı gərginləşdirmək arzusundadırlar. Mənim BTQ layihəsi barədə suallarıma görə azərbaycanlılar narahat olmurlar.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili “İmedi” televiziyasına müsahibəsində bildirib.

“Mən Bakı-Tifis-Qars dəmiryolunun tikintisini heç vaxt sual altında qoymamışam. Bu, çox maraqlı layihədir. İqtisadi baxımdan, indi də mən bunu təkrar edirəm, layihə bir sıra müəyyən məsələlər doğurur. Lakin onlar həll olunandır. Yalnız opponentlərdə  bu mövzu ətrafında situasiyanı gərginləşdirmək arzusu oyanıb. Bu layihə geosiyasi cəhətdən  çox sərfəli layihədir. Son nəticədə bu layihə faydalı olacaq. Mənim fikirlərim heç kimi narahat etməsin. Bu fikirlərə görə, hətta azərbaycanlılar da narahat olmur,” İvanişvili bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR