Bank Of Baku

Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi sərbəst buraxılıb

 Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi sərbəst buraxılıb
# 04 yanvar 2013 08:14 (UTC +04:00)

 

Bakı. Rəşad Süleymanov – APA. 1997-ci il 28 fevral istintaqı çərçivəsində ötən gün saxlanılan Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İsmayıl Hakkı Karadayı ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankara Cümhuriyyət Prokurorluğu tərəfindən 4 saat yarımlıq dindirmədən sonra həbs olunması tələbi ilə məhkəməyə göndərilən əməkli general məhkəmənin qərarı ilə azad edilib. General 1997-ci ildə hərbçilərin müdaxiləsi nəticəsində Nəcməddin Ərbakanın baş nazir postundan getməsi ilə nəticələnmiş hadisələrə görə ifadə verib. 

 

Bu iş üzrə istintaqa ötən ilin əvvəllərində başlanılıb, artıq bir neçə yüksək rütbəli hərbçi tutulub.

 

Bir müddət əvvəl mediaya açıqlamasında isə 28 fevral prosesinin çevriliş olmadığını deyən İ. H. Karadayı həmin vaxt ordunun hökumətə heç bir təzyiq göstərmədiyini bildirib.

 

Qeyd edək ki, İ. H. Karadayının adı 2009-cu ildə “Ergenekon” işinin araşdırılmasında da keçsə də, həmin vaxt ona qarşı ittiham irəli sürülməyib.

 

“Ergenekon”çular 2003-cü ildə Ərdoğan hökumətini devirmək cəhdində ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR