Bank Of Baku

Türkiyənin Van şəhəri ilə İrəvan arasında aviareys açılır

 Türkiyənin Van şəhəri ilə İrəvan arasında aviareys açılır
# 28 noyabr 2012 08:57 (UTC +04:00)

 

 

Bakı. Şamil Əlibəyli – APA. İki həftədən sonra Türkiyənin Van və Ermənistanın paytaxtı İrəvan şəhərləri arasında aviareys açılacaq. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, uçuşları “Bora Jet” aviaşirkəti yerinə yetirəcək. Vanda yerləşən turizm şirkətləri artıq müştərilər üçün müvafiq tur paketləri təqdim etməyə başlayıblar.

 

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında quru sərhədləri 1993-cü ildən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq bağlı olsa da, iki ölkə arasında indiyədək də aviareyslər həyata keçirilib. İstanbul-İrəvan daimi, Antalya-İrəvan, Bodrum-İrəvan mövsümi reysləri mövcuddur.

 

Vandan İrəvana biletin qiymətin 120 türk lirəsinə bərabər olacaq (təxminin 52 manat), uçuş isə 25 dəqiqə vaxt aparacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR