APA-nın xəbərinə görə, partlayış kamikadze-terrorçu tərəfindən törədilib. İlkin məlumatlara əsasən partlayış nəticəsində terrorçu ilə bərabər daha bir nəfər ölüb. Səfirlik binasından iki yaralı çıxarılaraq xəstəxanaya aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.