Bank Of Baku

ABŞ MKİ-nin nümayəndəsi Türkiyə Baş Polis İdarəsinə çağırılıb

ABŞ MKİ-nin nümayəndəsi Türkiyə Baş Polis İdarəsinə çağırılıb
# 13 dekabr 2017 16:39 (UTC +04:00)

Bu gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndəsi Türkiyə Baş Polis İdarəsinə çağırılıb.

 

APA-nın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

 

Bildirilir ki, MKİ-nin Türkiyədəki nümayəndəsi polis idarəsinə ABŞ-da davam edən Xalq Bankın sədr müavini Hakan Atillanın məhkəməsində şahid qismində ifadə verən Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü, sabiq polis məmuru Hüseyn Korkmazın iddiaları ilə əlaqədar çağırılıb. Nyu-Yorkda saxlanılmış H. Atillanın məhkəmə prosesində şahid qismində çıxış edən H. Korkmaz MKİ-nin ona 50 min dollar verdiyini və ABŞ-da yaşadığı evin kirayəsinin prokurorluq tərəfindən ödənildiyini söyləyib. 
 

Qeyd edək ki, H. Korkmaz Türkiyədən qaçıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR