Bank Of Baku

Adolf Hitlerə törədilmiş sui-qəsdin sonuncu iştirakçısı vəfat edib

Adolf Hitlerə törədilmiş sui-qəsdin sonuncu iştirakçısı vəfat edib
# 13 mart 2013 02:18 (UTC +04:00)

Bakı-APA. Almaniyanın füreri Adolf Hitleri vaxtilə öldürməyi planlaşdıran sağ qalmış sui-qəsdçilərdən sonuncusu 90 yaşında Münhen şəhərində vəfat edib.  

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Evald Henrix fon Kleystin də daxil olduğu nasizm ideologiyasına inamını itirmiş bir qrup hərbçi o zaman əmin olub ki, Hitler ölkəni faciəyə sürükləyir.

 

Qrupun rəhbəri Klaus fon Ştauffenberq 1944-cü ilin iyulun 20-də partladıcı qurğunu şəxsən Hitlerin iclas zalına yerləşdirir.   

 

Partlayış nəticəsində 4 nəfər yüksək rütbəli hərbçi həlak olur, lakin Hitler yüngül kontuziya və qəlpə yaraları alaraq sağ qalır.

 

Sui-qəsd iştirakçıların əksəriyyəti tutularaq edam edilib. Fon Kleys isə konsentrasiya düşərgəsinə göndərilib, buradan o müəyyən müddətdən sonra azadlığa çıxır.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR