Bakı-APA. Afinada iğtişaş törədən 50 nəfər saxlanılıb. Bu barədə yerli polis açıqlama verib.
APA-nın məlumatına görə, Politexnik universitetindən hərəkət edən böyük bir qrup Afinanın mərkəzindəki boş binanı tutmağa cəhd göstərib. Anarxistlər binanın darvazasını kəsməyə cəhd edərkən polis onlara mane olub. Xüsusi təyinatlılar gözyaşardıcı qaz və küy qumbaralarının köməyilə anarxistləri qovub. İğtişaşda fəal iştirak etmiş 50 nəfər isə saxlanılıb.