Bank Of Baku

Afrində türk hərbçisi şəhid olub

Afrində türk hərbçisi şəhid olub
# 05 fevral 2018 17:26 (UTC +04:00)

Fevralın 5-də Suriyanın Afrin bölgəsində minaatanlardan açılan atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçisi həlak olub.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

 

Bundan əvvəl "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayının 15-ə çatdığı, 62 əsgərin yaralandığı bildirilirdi.  Məlumata əsasən, əməliyyat başlayandan Afrin bölgəsində 947 terrorçu məhv edilib.

 

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR