Bank Of Baku

Vens: Həm Livanın ərazi bütövlüyünü qoruya, həm də İsrailin təhlükəsizliyini təmin edə bilərik

Vens: Həm Livanın ərazi bütövlüyünü qoruya, həm də İsrailin təhlükəsizliyini təmin edə bilərik
# 22 iyun 2026 15:36 (UTC +04:00)

Livanda atəşkəslə bağlı irəliləyiş əldə olunub.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens brifinq zamanı deyib.

O, İsrailin özünümüdafiə haqqını vurğulayaraq, “Hizbullah”ın hədəfə alınmasına bəraət qazandırıb: “Əlbəttə ki, İsrail buna cavab verməlidir. Amma bu hücumlara Livan, İsrail və “Hizbullah” arasında gedən danışıqlar nəzərə alınaraq, cavab verilsə, vəziyyət daha dinc olar. Ötən 24 saat bəlkə də Livanın gördüyü ən dinc durum idi, üç sutka əvvəl orada atışmalar baş verirdi. Beləliklə, tədricən irəliləyiş əldə olunur”.

Vitse-prezident İsrailin Livan ərazisini ələ keçirmək niyyətində olmadığını, sadəcə özünü cənubi Livanda olan “Hizbullah” döyüşçülərindən qorumağa çalışdığını vurğulayıb: “Düşünürəm ki, həm Livanın ərazi bütövlüyünü qoruya, həm də İsrailin təhlükəsizliyini təmin edə bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR