Bank Of Baku

Aİ Ermənistanda aksiyada saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib

Aİ Ermənistanda aksiyada saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib
# 22 aprel 2018 16:49 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ermənistanda müxalifətin keçirdiyi mitinq zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib və tərəfləri təmkinli olmağa çağırıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, bu gün Aİ-nin xarici siyasət xidmətinin mətbuat xidmətinin rəhbəri Mayi Kosnyançiçin yaydığı bəyanatda əksini tapıb.

 

Bəyanatda tərəflər məsuliyyətli olmağa dəvət edilir.

 

Qeyd edək ki, son məlumata əsasən Ermənistan hüquq-mühafizə orqanları keçmiş prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etirazla bağlı bu gün keçirilən aksiyada iştirak edənlərdən 228 nəfəri saxlayıb. Qarşıdurmalar zamanı 7 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR