Bank Of Baku

Aİ ölkələri və Avropa Parlamenti Gürcüstan üçün viza rejiminin ləğvinə dair razılığa gəliblər

Aİ ölkələri və Avropa Parlamenti Gürcüstan üçün viza rejiminin ləğvinə dair razılığa gəliblər
# 13 dekabr 2016 23:15 (UTC +04:00)

Aİ ölkələrinin təmsil olunduğu Aİ Şurası və Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair  siyasi razılaşmaya nail olublar. Bundan sonra qərar, formal olaraq, Aİ Şurası tərəfindən təsdiqlənməlidir.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Slovakiyanın sədrlik etdiyi   Aİ Şurasının rəhbərliyindən bildirilib.   

 

“Gürcüstan sakinləri yaxşı xəbərlər var: Aİ Şurası və Avropa Parlamenti arasında Gürcüstan üçün viza rejiminin liberallaşdırılmasına dair razılıq əldə olunub. Növbəti addım Aİ Şurasında atılacaq”, - deyə Aİ Şurasının rəhbərliyindən bildirilib.

 

Bundan əvvəl Aİ Şurası, Avroparlament və Avrokomissiya arasında üçüncü ölkələr üçün viza rejiminin dayandırılması mexanizminə dair ilkin razılaşma əldə olunub.  Aİ-nin müvafiq qərarı Avroparlament tərəfindən dəstəklənməli, daha sonra Aİ Şurası tərəfindən rəsmi qaydada  təsdiqlənməlidir.  

 

Səsvermənin dekabrın 15-də Strasburqda Avroparlamentin plenar sessiyasında səsverməyə çıxarılacağı gözlənilir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR