Bank Of Baku

Alman müxalifəti plagiatda günahlandırılan təhsil nazirinin istefasını tələb edir

Alman müxalifəti plagiatda günahlandırılan təhsil nazirinin istefasını tələb edir
# 06 fevral 2013 17:54 (UTC +04:00)

Bakı-APA. Almaniyanın müxalifət partiyaları Düsseldorf universitetinin fəlsəfə fakültəsinin şurası tərəfindən plagiatda günahlandırılan təhsil naziri Annette Şavanın istefasını tələb ediblər.

 

Şura Şavanın 1980-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasını ləğv edərək naziri elmi dərəcədən məhrum edib.

 

Fakültə dekanı Bruna Blekmanın sözlərinə görə, şura «Şəxsiyyət və vicdan» dissertasiyasında Şavanın sistematik olaraq istinad etmədən başqalarının intellektual əməyinin nəticələrindən istifadə etdiyini təsbit edib.

 

İki il əvvəl Almaniya müdafiə naziri Karl Teodor Qutenberq da oxşar vəziyyətlə üzləşdiyindən istefa verməli olmuşdu.

 

Almaniya Sosial-Demokrat Partiyasının baş katibi Andrea Nalesin fikrincə, Şavan «təhsil naziri kimi artıq etimadını itirib və keçmiş müdafiə nazirinin etdiyi kimi istefa verməlidir».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR