Bank Of Baku

Almaniya dörd Suriya diplomatını ölkədən çıxarıb

Almaniya dörd Suriya diplomatını ölkədən çıxarıb
# 11 dekabr 2012 03:41 (UTC +04:00)

Bakı-APA. Almaniya xarici işlər nazirliyi Suriya səfirliyinin 4 əməkdaşını persona non-qrata elan edib və onlardan ölkəni tərk etmələrini tələb edib. APA-nın France 24 telekanalına istinadən verdiyi məlumata görə, Almaniya XİN-də diplomatik demarşı Suriyaya qarşı sanksiyaları genişləndirmək və onun beynəlxalq aləmdə daha da təcrid olunması ilə əlaqələndiriblər.

 

“Biz Suriya səfirliyinin əməkdaşlarının ölkədən çıxarılmasını təşkil edərək, açıqca mesaj veririk ki, Bəşər Əsəd hakimiyyəti ilə əməkdaşlığı maksimum azaltmaq niyyətindəyik. Biz əminik ki, yaxın zamanda Milli Koalisiya real instituta çevrilərək hakimiyyətin siyasi keçidinə imkan yaradacaq”, deyə AFR XİN rəhbəri Qido Vestervellinin bəyanatında bildirilir.

 

Almaniya XİN rəhbəri qeyd edib ki, Suriya diplomatlarının üç gün ərzində, dekabrın 13-dək səlahiyyətlərinə xitam verməlidir.

 

Xatırladaq ki, Almaniyanın səfiri Suriyadan 2012-ci ilin may ayından geri çağırılıb. Müvafiq qərar həmin gün Böyük Britaniya, Fransa, İtaliya və İspaniya tərəfindən də qəbul olunub. Buna formal səbəb olaraq Hul şəhərində 100 yaxın dinc sakinin qətlə yetirilməsi göstərilib. Qərb qətliamla bağlı məsuliyyəti hökumət qoşunlarının üzərinə qoyub. Rəsmi Dəməşq isə baş vermiş qanlı faciədə antihökumət hərəkatının silahlılarını günahlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR