Bank Of Baku

Almaniyada ildırım vurmasından 40-dan çox adam xəsarət alıb

Almaniyada ildırım vurmasından 40-dan çox adam xəsarət alıb
# 10 may 2013 02:56 (UTC +04:00)

Bakı-APA. Mayın 9-da Almaniyanın Dabel şəhərində bayram gəzintiləri zamanı ildırım vurması nəticəsində 43 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Atalar günü münasibəti ilə bayram şənliyində baş verib. Məlumata görə, ildırım ağaca vurduqdan sonra çəmənlikdə bayram edən insanlara tuş gəlib.   

 

Ümumilikdə 43 nəfər yanıq xəsarətləri alıb, onlardan 38 nəfəri xəstəxanaya aparılıb.  

 

Yeddi nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Yaralıları xəstəxanaya çatdırmaq üçün hadisə yerinə helikopterlər cəlb olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR