Bank Of Baku

Almaniyada rok-festivalda terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Almaniyada rok-festivalda terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
# 03 iyun 2017 02:56 (UTC +04:00)

Almaniyada "Rock am Ring" rok-festivalında terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılanlar tədbirə xidmət göstərən şirkətin əməkdaşlarıdır. Onlardan biri radikal islamçılarla əlaqədə olmaqda şübhəli bilinir.

 

Ötən axşam Almaniyanın Nürburq şəhərində məşhur "Rock am Ring" rok-festivalının 80 min tamaşaçısı terror təhlükəsi ilə əlaqədar təxliyə edilib. Təşkilatçılar  festival çərçivəsində keçirilən konserti dayandırmağa məcbur olublar.

 

"Rock am Ring" – Avropanın ən irimiqyaslı musiqi festivallarındandır. Bu il iyunun 2-dən 4-dək keçirilən festivalda “Die Toten Hosen”, “Rammstein” və “System Of A Down” kimi məşhur qrupların iştirakı nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR