Bank Of Baku

Almaniyada rok festival zamanı iki ildırım zərbəsi nəticəsində 33 nəfər xəsarət alıb

Almaniyada rok festival zamanı iki ildırım zərbəsi nəticəsində 33 nəfər xəsarət alıb
# 07 iyun 2015 02:44 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Mendiq şəhərində keçirilən Rock am Ring  rok festival zamanı baş vermiş iki ildırım zərbəsi nəticəsində 33 nəfər xəsarət alıb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə,  birinci ildırım zərbəsindən sonra təşkilatçılar komandasından  8 nəfər xəsarət alıb. Təşkilatçılar tamaşaçılara müvəqqəti quraşdırılmış xüsusi çadıra keçməyi təklif etdikdə ikinci ildırım zərbəsi baş verib. Bu dəfə 25 nəfər xəsarət alıb.    

 

Xəsarət alanların hamısı xəstəxanalara yerləşdirilib, onların vəziyyəti qənaətbəxş hesab olunur.

 

Festival işini davam etdirir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR