Bakı-APA. Almaniyanın Düsseldorf və Keln-Bonn hava limanlarında təhlükəsizlik xidməti işçilərinin tətili səbəbindən 200-dən artıq aviareys təxirə salıb. Bu barədə APA İTAR-TASS-a istinadən məlumat verir.
Tətilçilər işlədikləri hər saata görə 14,5 avro əmək haqqı almaq istəyirlər. Rəhbərlik isə onlara 13,5 avro verməyə razıdır.
Xidmət sferası həmkarlar ittifaqının nümayəndəsi Günter İsemayerin bildirdiyinə görə gələn həftə tətilin yeni dalğası gözlənilir.
Alman mediasının yazdığına görə, gələn həftədən tətilçilərə Hamburq hava limanının, həmçinin vağzalların və Ahausdakı radioaktiv maddələrinin müvəqqəti sığınacağının işçiləri də qoşula bilərlər.