Bakı-APA. Almaniyanın Koburqa şəhəri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, təyyarə bu gün günorta saatlarında radarlardan itib. Bundan sonra axtarışlara başlayan xüsusi xilasetmə xidmətinin əməkdaşları təyyarənin qalıqlarını Yuxarı Frankoniya inzibati dairəsindəki meşə zolağında aşkarlayıblar.
Hadisənin digər təfərrüatları açıqlanmır. Qəzanın səbəbləri araşdırılır.