Bank Of Baku

Almaniyada ticarət mərkəzində terror aktının qarşısı alınıb

Almaniyada ticarət mərkəzində terror aktının qarşısı alınıb
# 11 mart 2017 23:04 (UTC +04:00)

Almaniyanın Essen şəhərində polis “Limbecker Platz” ticarət mərkəzində terror aktının qarşısını  alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisə terror hücumunun yeri və vaxtı barədə dəqiq məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra ticarət mərkəzində olanlar təxliyə edilib, bina mühasirəyə alınıb.

 

Məlumata görə, əməliyyat zamanı iki nəfər saxlanılıb. Saxlanılanlar dindirilib, onların evlərinə baxış keçirilib.

 

Terror aktının İŞİD qruplaşması tərəfindən hazırlandığı bildirilir. Terrorçular ticarət mərkəzində partlayış törətməyi planlaşdırırmışlar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR