APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, analitiklərin sözlərinə görə, Şavanın istefası kansler Angela Merkelə ağır zərbə olub, onun sözlərinə görə, o nazirin istefasını böyük təəssüflə qəbul edib.
Xəbər verildiyi kimi, Düsseldorf universitetinin fəlsəfə fakültəsinin şurası fevralın 6-da keçirdiyi iclasda Almaniyanın təhsil naziri Annette Şavanın 30 il əvvəl müdafiə etdiyi namizədlik dissertasiyasını yol verdiyi plagiata görə etibarsız sayılması barədə qərar qəbul edib. Qərara əsasən, nazir həmçinin elmi dərəcədən də məhrum edilib.
Xatırladaq ki, 2011-ci ilin martında Almaniyanın müdafiə naziri Karl-Teodor Quttenberq də dissertasiyasında yol verdiyi plagiat səbəbindən istefa verib.