Bank Of Baku

Alp dağlarında həlak olan turistlərin Rusiya vətəndaşı olduqların təsdiqlənib

Alp dağlarında həlak olan turistlərin Rusiya vətəndaşı olduqların təsdiqlənib
# 05 yanvar 2013 08:56 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Milandakı konsulluğu Alp dağlarında qar uçqunu nəticəsində həlak olan turistlərin Rusiya vətəndaşları olduğunu təsdiqləyib. APA-nın məlumatına görə, hadisə nəticəsində Denis və İrina Kravçenkolar, Vyaçeslav Sleptsov, Yuliya və Lyudmila Yudinalar, Rafilya Pşeniçnaya həlak olub, Boris Yudin və Azat Aqafarov adlı iki şəxs isə Trento şəhərində xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisə Çermis kurort rayonunda dəniz səviyyəsindən 2 min metr yüksəklikdə baş verib. Turistlər “Sportinq” otelində şam yeməyindən sonra yaşadıqları kəndə qayıdırmış. Turistləri gətirən maşın qəfildən idarəetməni itirib və maşın 100 metr hündürlükdən uçuruma yuvarlanıb. Maşının üzərinə böyük qar kütləsi düşüb və qar kütləsinin altında qalan altı turist həlak olub, iki nəfər isə ağır yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR