Bank Of Baku

Angela Merkelin tərəfdarları regional seçkilərdə məğlub olublar

Angela Merkelin tərəfdarları regional seçkilərdə məğlub olublar
# 21 yanvar 2013 09:11 (UTC +04:00)

Bakı-APA. Angela Merkelin tərəfdarları Aşağı Saksoniya vilayətində keçirilən regional seçkilərdə məğlub olublar. APA-nın məlumatına görə, bir çox ekspertlər bu seçkiləri hazırkı kanslerin populyarlığını müəyyənləşdirmək üçün bir yoxlama kimi dəyərləndirir. Xristian-demokratlar və azad demokratlar  koalisiyası seçkilərdə sosial-demokrat və “yaşıllar”ın daxil olduğu sol mərkəzçi koalisiyaya məğlub olublar. Sol mərkəzçilər Aşağı Saksoniyanın yeni parlamentində rəqiblərindən bir mandat artıq qazanıblar.

 

Qeyd edək ki, bu vilayətin parlamentində xristian demokratlar və azad demokratlar koalisiyası son 10 ildə səs çoxluğuna sahib olublar.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR