Son iki gün ərzində Aralıq dənizində miqrantlarla dolu 4 qayıq batıb.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, 340 miqrantın taleyindən xəbər yoxdur. Beynəlxalq Miqrasiya Təşkilatı miqrantların öldüyünü və ya itkin düşdüyünü elan edib.
Beynəlxalq Miqrasiya Təşkilatının İtaliyadakı nümayəndəsi Flavio Di Giacomo bildirib ki, 2016-cı ildə Aralıq dənizində 4500 miqrant həyatını itirib.