Bank Of Baku

Aralıq dənizində bir gündə 3 min miqrant xilas edilib

Aralıq dənizində bir gündə 3 min miqrant xilas edilib
# 06 may 2017 22:50 (UTC +04:00)

Aralıq dənizində mayın 5-də Afrikadan Avropa sahillərinə gəlməyə can atan  3 minədək miqrant xilas edilib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xilasetmə əməliyyatında İtaliya Hərbi-Dəniz Qüvvələrinin, Aİ-nin “EunavforMed” hərbi-dəniz miqrasiya missiyasının və bir sıra QHT-lərin gəmiləri cəlb edilib.   

 

Beynəlxalq Miqrasiya Təşkilatının son hesablarına əsasən, ilin əvvəlindən dəniz yolu ilə Avropaya 43 mindən çox miqrant daxil olub. Aralıq dənizini qət etməyə çalışarkən 1089 nəfər ölüb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR