Bank Of Baku

AŞPA-nın qış sessiyasının ilkin gündəliyi açıqlanıb

AŞPA-nın qış sessiyasının ilkin gündəliyi açıqlanıb
# 20 dekabr 2017 11:43 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının 2018-ci ildə keçiriləcək ilk sessiyasının ilkin gündəliyi açıqlanıb.

 

APA-nın məlumatına görə, yanvarın 22-26-da Strasburqda keçiriləcək sessiya zamanı AŞPA-nın prezidenti, insan haqları üzrə yeni komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakim seçiləcək. 

 

Sessiyada AŞ baş katibi çıxış edəcək və insan hüquqları üzrə komissar 2017-ci ildə fəaliyyətinə dair hesabatını təqdim edəcək.

 

Daha sonra Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya ilə mübarizədə Avropa Şurasının və digər əlaqədar qurumların rolu məsələləri barədə fikir mübadiləsi aparılacaq.

 

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov isə sessiyanın sonuncu günü - yanvarın 26-da “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR