Bank Of Baku

ATƏT-in sədri və baş katibi arasında görüş keçirilib

ATƏT-in sədri və baş katibi arasında görüş keçirilib
# 17 yanvar 2013 08:27 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. ATƏT Daimi Şurasının Vyanada keçiriləcək iclası ərəfəsində təşkilatın fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Acara ATƏT baş katibi Lamberto Zannyerlər görüş keçirib.

 

APA-nın xəbərinə görə, tərəflər bu il Ukraynanın ATƏT-ə sədrliyinin prioritetlərinin, o cümlədən uzadılmış münaqişələrin həlli, etimad və təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi, “Helsinki + 40” təşəbbüsünün reallaşdırılması ilə bağlı praktik məsələləri müzakirə ediblər.

 

ATƏT sədri baş katibə bu ilin dekabrında Kiyevdə keçiriləcək Nazirlər Görüşünə hazırlıq, Krımda ATƏT-in Gənclər Sammitinin keçirilməsi təşəbbüsü barədə də məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR