Bank Of Baku

Avrokomissar: “Böyük Britaniyada referendumun nəticələri Kemeronun səhvidir”

Avrokomissar: “Böyük Britaniyada referendumun nəticələri Kemeronun səhvidir”
# 25 iyun 2016 00:21 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyada keçirilən referendumun nəticələri Kemeronun səhvidir.

 

APA-nın "Euronews"-a istinadən məlumatına görə, bunu  Avropa Birliyinin informasiya cəmiyyəti məsələləri üzrə komissarı Günter Ettinqer bəyan edib.

 

“Xatırlatmaq istərdim ki, fevral ayında referendumla bağlı Avropa liderlərinin razılığına alanda o nə etdiyini gözəl bilirdi. Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması ölkəyə iqtisadiyyatına ciddi ziyan vuracaq. Referendumun nəticələrinə görə Böyük Britaniya vahid Avropa bazarını tərk edir. Bu isə o deməkdir ki, ölkə üçün qaydalar artıq fərqli olacaq. Başqa cür ola da bilməz”, deyə G.Ettinqer bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR