Bakı-APA. Avropa Birliyinin terrorla mübarizə üzrə əlaqələndiricisi Jil de Kerşov bəyan edib ki, Suriyada hökumət qüvvələri ilə mübarizə aparan üsyançılara yüzlərlə avropalı qoşulub.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Kerşovun sözlərinə görə, onlar vətənə döndükdə təhlükə yarada bilər.
Onun hesablamalarına görə, Suriyaya əsasən Böyük Britaniya, İrlandiya və Fransadan 500-dək avropalı yollanıb.
Xüsusi xidmət orqanları ondan ehtiyatlanır ki, Suriya rejimi ilə mübarizə aparan avropalıların bir qismi “Əl Qaidə” ilə əlaqəli qruplaşmalara qoşula bilər və Avropaya döndükdən sonra hücumlar törədə bilər.