Bank Of Baku

Avropa Birliyi ilə Gürcüstan arasında assosiasiya sazişi paraflanıb

Avropa Birliyi ilə Gürcüstan arasında assosiasiya sazişi paraflanıb
# 28 noyabr 2013 11:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, Gürcüstan telekanalları sənədə Gürcüstan tərəfdən xarici işlər nazirinin müavini David Zalkalianinin imza atdığını xəbər veriblər.

 

D. Zalkaliani son 3 ildə AB ilə danışıqlar aparan Gürcüstan nümayəndə heyətinin rəhbəri olub. O, min səhifədən ibarət sənədə imza atmazdan əvvəl jurnalistlərə bildirib ki, sənədin paraflanması Gürcüstan üçün tarixi hadisədir. Noyabrın 29-da Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu sənədə medianın iştirakı ilə təntənəli şəkildə simvolik imza atacaqlar.

 

Qeyd edək ki, beynəlxalq hüquqda paraflanma həmin müqavilənin (sazişin) hazırlanmasında iştirak edən rəsmi şəxslərin sənədin qarşılıqlı razılaşdırılmış yekun variantına imza atması deməkdir. Paraflanmış sənəd daha sonra siyasi rəhbərliklər səviyyəsində rəsmi şəkildə imzalanır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR