Bakı-APA. Avropa Birliyi dinc sakinlərin mühafizəsi məqsədi ilə Suriya müxalifətinə qeyri döyüş zirehli avtomobillərin verilməsinə və üsyançılara texniki yardım göstərilməsinə qadağanı götürüb. Keçən həftə AB Suriyaya silah ötürülməsinə qadağanı üç ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Fevralın 28-də qəbul olunan düzəliş Suriya müxalifətinə qeyri-döyüş nəqliyyat vasitələrinin və hərbi avadanlıqların verilməsini nəzərdə tutur.
Bir müddət əvvəl ABŞ Suriya müxalifətinə qeyri-döyüş texnikası əldə etmək üçün 60 milyon dollar ayrılmasına hazır olduğunu bəyan edib.