Bakı-APA. Avropa Birliyi yaxın zamanda Suriya müxalifətinə silah verilməsinə qoyulan embarqonun ləğvi məsələsini müzakirə edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İstanbulda Suriya probleminə həsr olunmuş beynəlxalq konfransda Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq bəyan edib.
“Bu diskussiyanın yaxın altı həftə ərzində Avropa Birliyində keçirilməsi zəruridir”, deyə britaniyalı nazir qeyd edib. Onun sözlərinə görə, İstanbulda keçirilən “Suriyanın dostları”nın görüşü zamanı, Suriya müxalifətinin nümayəndələri ölkədəki vəziyyətin demokratik yolla həll etmək niyyətini açıq şəkildə nümayiş etdirib.
ABŞ dövlət katibi Con Kerri, öz növbəsində, ABŞ-ın Suriya müxalifətinə 123 milyon ayırmasına hazır olduğunu bəyan edib. Beləliklə ABŞ-ın suriyalı müxalifətçilərə yardımı iki dəfə artaraq 250 milyona çatacaq. Yardım zirehli jiletlər də daxil olmaqla hərbi ləvazimatların verilməsini nəzərdə tutur.