Bakı-APA. Avropa Birliyi Suriya müxalifətinə silah verilməsinə qoyulmuş embarqonu qaldırmaq barədə qərar qəbul edib. APA-nın İTAR TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq xəbər verib.
Qərar Avropa Birliyi xarici işlər nazirlərinin görüşündə qəbul olunub.
Heyq həmçinin Böyük Britaniyanın «embarqonun götürülməsinə baxmayaraq dərhal Suriyaya silah ötürməyə başlamaq istəmədiyini» bildirib.
Görüşün nəticələrinə əsasən, nazirlər Suriyaya qarşı maliyyə və siyasi sanksiyaları genişləndirmək qərarına gəliblər.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton AB ölkələrinin hələlik suriyalı müxaliflərə hərbi texnika ötürməmək barədə razılığa gəldiklərini bildirib.