Bakı-APA. Avropa Birliyi gələn həftə Suriyaya qarşı tətbiq edilən embarqonu yumşaldaraq xam nefti bu ölkənin müxalifət nümayəndələrindən almağa icazə vermək niyyətindədir. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın “Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, müvafiq qərar aprelin 22-də Avropa Birliyinə üzv olan dövlətlərin XİN rəhbərlərinin görüşündə qəbul olunacağı gözlənilir.
Britaniya nəşri həmçinin qeyd edir ki, bundan başqa, Avropa ölkələri neft istehsalı avadanlıqlarının suriyalı müxalifətçilərə satışına və neft sektorunu maliyyələşməsinə qoyulan qadağaları aradan götürmək niyyətindədir.