Bank Of Baku

Avropa Birliyində sığınacaq verilməsinin ümumi qaydaları tətbiq ediləcək

Avropa Birliyində sığınacaq verilməsinin ümumi qaydaları tətbiq ediləcək
# 26 aprel 2013 23:42 (UTC +04:00)

Bakı-APA. Avroparlamentin vətəndaş azadlıqları komitəsi Avropa Birliyinin üçüncü ölkələrin vətəndaşları üçün sığınacaq verilməsi barədə ümumi qaydalarını təsdiqləyib. Bu barədə APA «RİA Novosti»yə istinadən məlumat verir.

 

Yeni qaydalar Avroparlament tərəfindən qəti olaraq iyun ayında təsdiq edilməlidir. Sonra Avropa Birliyi ölkələrinə milli qanunvericiliklərə müvafiq dəyişikliklər etmək üçün 2 il vaxt veriləcək. Söhbət sığınacaq verilməsi barədə müraciətlərə baxılmasının eyni qaydaları, qaçqınların qəbulu və onların hüquqlarının qorunmasında eyni tələblərdən gedir. Sənəddə göstərilir ki, sığınacaq verilməsi barədə müraciətə 6-9 ay müddətinə baxılacaq.

 

Avropanın Eurostat statistik bürosunun məlumatına görə, 2012-ci ildə Avropa Birliyi ölkələrinə sığınacaq almaq üçün 332 min müraciət edilib. Bu 2011-ci ilin müvafiq göstəricisindən 10% çoxdur. Müraciətlərin 73%-nə rədd cavab verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR