Bank Of Baku

Avropa İttifaqı 2017-cı ildə Ukrayna və Gürcüstan üçün vizasız rejim tətbiq edə bilər

Avropa İttifaqı 2017-cı ildə Ukrayna və Gürcüstan üçün vizasız rejim tətbiq edə bilər
# 15 dekabr 2016 01:22 (UTC +04:00)

Avropa İttifaqı 2017-cı ilin yazından başlayaraq Ukrayna və Gürcüstan  ilə vizasız rejim tətbiq etməyə hazırlaşır.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasındakı mənbə bildirib.

 

“Miqrasiya üzrə avrokomissar Dimitris Avramopulos vizasız rejimin 2017-ci ilin yazından tətbiq edilə biləcəyini deyib”, deyə mənbə bildirib.

 

Ötən gün Avropa Komissiyasının sədri Jan-Klod Yunker Ukrayna və Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqini tezləşdirməyə çağırıb.

 

Qeyd edək ki, Ukrayna və Gürcüstan artıq bu il Avropa İttifaqına üzv ölkələrlə vizasız rejimin  tətbiqinə ümid edirdilər.

 

Xatırladaq ki, Avropa Komissiyası bir il əvvəl adıçəkilən ölkələrin Avropa İttifaqı ilə viza liberallaşdırılması üçün bütün şərtləri yerinə yetirdiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR