APA-nın məlumatına görə, görüş "Cənub Qaz Dəhlizi" layihəsi üzrə Məşvərət Şurasının iclasından öncə baş tutub.
Söhbət zamanı Cənubi Qaz Dəhlizinin reallaşmasında Türkiyə-Avropa İttifaqı əlaqələrinin strateji nöqteyi-nəzərindən vacibliyi qeyd edilib.
“Enerji məsələləri üzrə yüksək səviyyədə danışıqlara başlamaqla Taner Yıldıza əməkdaşlığı təkmilləşdirməyi təklif etdim. Razılığa gəldik ki, tezliklə buna başlayaq”, - deyə M. Şevçoviç bildirib.