Bank Of Baku

Avropa İttifaqı İqlimə dair Paris sazişinin icrasına sadiqdir

Avropa İttifaqı İqlimə dair Paris sazişinin icrasına sadiqdir
# 02 iyun 2017 00:23 (UTC +04:00)

Avropa İttifaqı ABŞ prezidentinin qərarına baxmayaraq, İqlimə dair Paris sazişinin icrasına tam sadiqdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasında sədrlik edən Malta nümayəndəliyinin Twitter səhifəsində bildirilir.

 

ABŞ prezidenti Donald Tramp bundan əvvəl ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib.  

 

Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR