Bank Of Baku

Avropa İttifaqı Rusiya və Macarıstan arasında AES-in tikintisinə dair sazişi bloklayıb

Avropa İttifaqı Rusiya və Macarıstan arasında AES-in tikintisinə dair sazişi bloklayıb
# 13 mart 2015 02:38 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  “The Financial Times” qəzeti məlumat yayıb. İcrasının dayandırılmasına qərar verilmiş kontraktın dəyəri 12 mlrd avro olub.  

 

Qeyd edək ki,  2014-cü ildə Rusiya və Macarıstan arasında Pakş şəhərindəki  atom elektrik stansiyası üçün 1200 MVt gücündə 2 nüvə reaktorunun birgə tikintisinə dair saziş imzalanıb. Tərəflər AES üçün nüvə yanacağının tədarükü məsələsi daxil olmaqla  müvafiq sənədlər imzalayıb, lakin sonradan, kontraktın detallarının məxfi saxlanılması  Aİ-də müəyyən şübhələr doğurub.   

 

Aİ Rusiya yanacağının eksklüziv şəkildə Macarıstana tədarükünün əleyhinə çıxış edib. Aİ-də hesab edirlər ki, belə hal Macarıstanı  Rusiyadan asılı vəziyyətə salacaq və Budapeşt  Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən imtina edəcək.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR