Bank Of Baku

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya tətbiq edib

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya tətbiq edib
# 04 avqust 2017 16:50 (UTC +04:00)

Avropa İttifaqı “Siemens” şirkətinə məxsus qaz turbinlərinin qanunsuz olaraq Krıma aparılması ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiya tətbiq edib.

 

APA-nın xəbərinə görə, bu barədə Aİ Şurasından açıqlama verilib.

 

“Avropa İttifaqı qaz turbinlərinin Krıma aparılmasında iştirakı olan 3 Rusiya vətəndaşını və 3 şirkəti Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına yönəlmiş fəaliyyətlərlə əlaqədar məhdudlaşdırıcı tədbirlərin təsiri altına düşən şəxslərin və qurumların siyahısına əlavə edib. Onların addımı Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozur”, - deyə açıqlamada bildirilir.

 

Sanksiyaya məruz qalan hüquqi və fiziki şəxslər aşağıdakılardır: Rusiya enerji nazirinin müavini  Andrey Çerezov, nazirliyin departament rəhbəri Yevgeni Qrabçak, “Texnopromeksport”un baş direktoru Sergey Topor-Qilka, “Texnopromeksport” MMC və ASC, “Interavtomatika” QSC.

 

Xatırladaq ki, iyul ayının əvvəlində “Siemens” şirkəti Rusiya üçün nəzərdə tutulan qaz turbinlərinin qanunsuz olaraq Krıma aparıldığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR