Mülki pilotsuz uçuş aparatlarına (PUA) nəzarət olacaq, yoxlamalar aparılacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, PUA-rın istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq verilən qeydiyyat sertifikatı və istismarçı sertifikatı (və əməliyyat icazəsi) əsasında həyata keçiriləcək. Avtonom pilotsuz uçuş aparatı yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən coğrafi zonalarda uça bilər.
Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.
Avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir.
Avtonom pilotsuz uçuş aparatının uçuş əməliyyatlarına Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti təmin edən pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi tərəfindən icazə verilir.
Avtonom pilotsuz uçuş aparatının əməliyyatları coğrafi zonaların şərtlərinə və məhdudiyyətlərinə uyğun həyata keçirilməlidir.
Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə avtonom pilotsuz uçuş aparatının əməliyyatları pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi ilə həyata keçirilir.
Mərkəz icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:
- düzgün olmayan məlumatlar və sənədlər təqdim olunduqda;
- hava şəraiti ilə əlaqədar icazə verilməsi mümkün olmadıqda;
- coğrafi zonalarda uçuş əməliyyatlarına məhdudiyyət qoyulduqda.
Layihəyə əsasən, bu qanunda müəyyən edilmiş müddəaların yerinə yetirilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) avtonom pilotsuz uçuş aparatının istismarçısı sertifikatını və əməliyyat icazəsini əldə etmiş həmin pilotsuz uçuş aparatının istismarçıları tərəfindən qanunun tələblərinə riayət olunmasına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda (sahibkarlıq subyektlərinə münasibətdə) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada nəzarət edir.
Avtonom pilotsuz uçuş aparatlarının mülki dövriyyəsinə nəzarət “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq
İnfrastruktur
Qanlı Göl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
ADY rəhbərliyi Gürcüstanda dəmir yolu daşımaları üzrə işlərlə tanış olub
Bakıda 537 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib
AZAL Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı ilə həyata keçirəcək
Xəbər Lenti
Tramp: Si Cinpinlə "Nvidia" və İran nefti məsələlərini müzakirə edə bilərəm
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
Tramp: ABŞ “Müsəlman qardaşları” hərəkatını terror təşkilatı kimi tanıyacaq
"SOCAR Petroleum": Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur
Lavrov: Putin ABŞ-ın Ukrayna ilə bağlı təklifini qəbul etmişdi
Tramp: Meksika miqrant axınını dayandırmasa, sərt rüsumlar tətbiq edəcəyik
Bakıda Belçika Kral Günü qeyd olunub - FOTO
Gəncədə 42 yaşlı kişi dördüncü mərtəbədən yıxılıb
Müdafiə Nazirliyində intellektual bölmələr genişləndirilir, yeni seçim meyarları müəyyənləşib
Putinin köməkçisi: Ukrayna ilə bağlı üçtərəfli danışıqlar Əbu-Dabidə davam etdiriləcək
“Kəpəz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
Tramp: Putin Ukrayna məsələsində mövqeyini yumşaldır, güzəştlərə gedir
Tramp Çində Putin və Si Cinpinlə görüşəcəyini təsdiqləyib
"Reuters": 38 ölkə Ukraynada nüvə qəzası riskinin artdığı barədə xəbərdarlıq edib
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib
Tramp: İranın raket və dron hücumlarının 99,99 faizi ABŞ qüvvələri tərəfindən zərərsizləşdirilib
Uşakov APEC sammiti çərçivəsində Rusiya, ABŞ və Çinin birgə bəyanatının hazırlandığını bildirib
Azərbaycan nümayəndə heyəti İƏT Nazirlər Şurasının 30-cu iclasında iştirak edib
Kreml: Çində Putin və Tramp arasında ikitərəfli görüş üzərində iş gedir
Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib
Moskvada Nikolay Azarovun keçmiş müşavirinə sui-qəsd cəhdində şübhəli bilinən qadın saxlanılıb
Bakıda 18 istiqamətdə sıxlıq var
DVX ilə Böyük Britaniyanın Gəlirlər və Gömrük Xidməti arasında transfer qiymətləri sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb, əks istiqamətdə artıb
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
Ermənistan-Azərbaycan "Sülh körpüsü" dialoqunun növbəti görüşü yaxın vaxtlarda keçiriləcək
Yəməndəki Ərəb Koalisiyası qüvvələrinin komandanı dəyişdirilib
Ədliyyə işçilərinə özəl - 3% ENDİRİMLİ, KOMİSSİYASIZ KREDİT
Əraqçi və Lavrov arasında telefon danışığı olub
Avropa Komissiyası Ukraynaya silah və hərbi texnika alınması üçün 1,76 mlrd. avro köçürüb
Autizm, daun, serebral iflic diaqnozlu uşaqların reabilitasiyası üçün maliyyənin artırılması təklif edilib
Parlamentin komitə sədri dövlət sektorunda işçilərin birbaşa və süni imtahanlarla ixtisarını doğru saymır
İmran Xan səhhətinin pisləşdiyini, ölmə ehtimalının olduğunu bildirib
Deputat dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda fəaliyyəti üçün hökumətin proqram hazırlamasını təklif edib
Tbilisidə I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı keçirilir - FOTO
Bolqarıstan sahillərində yük gəmisi batıb, 4 Azərbaycan vətəndaşı xilas edilib - YENİLƏNİB
Aİ Valentina Matviyenkonun oğluna sanksiya tətbiq edib
Qanlı Göl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
İordaniyadan sonra İraqda da "Telegram" bloklanıb
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq olub, araşdırma gedir- FOTO
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
ABB ölkəmizdə insan kapitalını araşdırıb
Kreml Estoniyanın Rusiya təxribatı ilə bağlı ittihamlarını rədd edib
Bakıda restoranda yanğın söndürülüb- YENİLƏNİB-1 - FOTO
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir