Avropa İttifaqı Suriya Müxalifətinin Milli koalisiyasını tanıyıb

Avropa İttifaqı Suriya Müxalifətinin Milli koalisiyasını tanıyıb
# 19 noyabr 2012 22:46 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqına daxil olan 27 ölkənin xarici işlər nazirləri Suriya Müxalifətinin Milli koalisiyasını Suriya xalqının legitim nümayəndəsi kimi tanıyıblar.

«Avropa Birliyi müxalifət koalisiyasının üzvlərini Suriya xalqının istəklərinin qanuni nümayəndələri sayır», deyə yekun bəyanatda bildirilir.

Suriya prezidenti Bəşər Əsədin bütün rəqiblərinin maraqlarını təmsil etməli olan Müxalifətin Milli koalisiyasının yaradılması barədə razılaşma noyabrın 11-də Qətərin paytaxtı Dohada imzalanıb. Hazırda onu Suriya xalqının yeganə legitim nümayəndəsi kimi Fars körfəzinin ərəb ölkələri, Ərəb Dövlətləri Liqasının bəzi üzvləri, Fransa və Türkiyə tanıyıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR