Bank Of Baku

Avropa Komissiyası: Gələn ilin mart ayından miqrantlar geri Yunanıstana göndərilməlidir

Avropa Komissiyası: Gələn ilin mart ayından miqrantlar geri Yunanıstana göndərilməlidir
# 08 dekabr 2016 13:05 (UTC +04:00)

Avropa Komissiyası gələn ilin mart ayından Avropa İttifaqı ölkələrinin ərazilərinə keçən qaçqınların geri Yunanıstana  göndərməyi tövsiyə edib.

 

APA-nın “Reuters”ə istinadən yaydığı məlumat görə, bunu Avropa Komissiyasının I vitse-prezidenti Frans Timmermans bəyan edib.

 

Siyasətçinin qənaətinə görə, bununla qurumun miqrasiya siyasəti bərpa olunacaq.

 

Hazırkı miqrasiya qanunvericiliyə əsasən qaçqınları qəbul edən ilk ölkə onlarla məşğul olmağa öhdəlik götürür. Lakin ötən il qaçqın axını ilə bacarmayan Yunanıstan milyondan çox miqrantın daha varlı Avropa ölkələrinə keçməsinə şərait yaradıb. Bu da digər üzv ölkələri sərhədləri bağlamağa vadar edib.
 

Nəzarətsiz qalan uşaqları geri qaytarmağa icazə verməyən Avropa Komissiyasının tövsiyəsində qeyd olunur ki, Yunanıstana qaytarılan qaçqınlarla ədalətli davranış təmin edilməlidir. 
 

Qeyd edək ki, hazırda Yunanıstan ərazisində 62 mindən çox qaçqın var. İndiyədək 1187 nəfər Yunanıstandan Türkiyəyə deportasiya olub.

 

İsmayıl Fətəliyev 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR