Bank Of Baku

Avropa Komissiyasının nümayəndə heyəti qaçqın böhranının müzakirəsi məqsədilə Türkiyəyə səfər edəcək

Avropa Komissiyasının nümayəndə heyəti qaçqın böhranının müzakirəsi məqsədilə Türkiyəyə səfər edəcək
# 14 oktyabr 2015 00:48 (UTC +04:00)

Bakı-APA. Avropa Komissiyasının (AK) vitse-prezidenti Frans Timmermansın rəhbərlik etdiyi AK-nın nümayəndə heyəti qaçqın böhranının müzakirəsi məqsədilə oktyabrın 14-də Türkiyəyə səfər edəcək.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu AK-nın rəsmi nümayəndəsi Marqaritis Skinas deyib.

 

Qeyd edək ki, Avropa Komissiyasının sədri Jan Klod Yunker ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana qaçqınlara dəstək və miqrasiyaya nəzarətə dair birgə tədbirlər planını təqdim etmişdi. AK prinsipial razılaşmanın əldə edildiyini və birgə işin detallarının razılaşdırılacağını qeyd edib. Plana əsasən,  tədbirlərə dərhal başlanılması nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR