Bank Of Baku

Avropa Parlamenti Aİ ilə ABŞ arasında azad ticarət haqqında saziş üzrə səsverməni təxirə salıb

Avropa Parlamenti Aİ ilə ABŞ arasında azad ticarət haqqında saziş üzrə səsverməni təxirə salıb
# 10 iyun 2015 04:36 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə DPA agentliyi xəbərə yayıb.  

 

Avropa Parlamenti sədri Martin Şultsun nümayəndəsi bildirib ki, sənəd üzrə səsvermənin təxirə salınmasının səbəbi  deputatlar tərəfindən  sazişin mətninə düzəliş edilməsi ilə bağlı 200-dən çox sorğu göndərilməsidir. Səsvermənin yeni tarixi açıqlanmır.       

 

“European Gazette” qəzeti Aİ-ABŞ sazişinin əleyhinə Aİ-nin 14 ölkəsindən 2 mln imza toplandığını bildirib.  

 

Qeyd edək ki, ticarət və investisiyalar haqqında Transatlantik saziş (TTIP - Transatlantic Trade and Investment Partnership)  ətrafında qapalı danışıqlar 2013-cü ilin iyulundan davam edir. Saziş layihəsinin bu il hazırlanması gözlənilir. Bundan sonra saziş Avropa Parlamenti və Aİ ölkələrinin parlamentləri tərəfindən 1,5 il ərzində təsdiqlənməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR